Azərbaycanın xarici işlər nazirləri: Diplomatiya tariximizdə 14 KİŞİ, 2 QADIN

SİYASƏT
10:57 / 17.07.2020
4770

Prezident İlham Əliyev dünən iyulun 16-da Azərbaycan Respublikasının yeni Xarici işlər nazirini təyin edib. Ceyhun Bayramov Azərbaycanın sayca 16-cı Xarici İşlər naziridir.

Azərbaycanın xarici işlər nazirlərinin siyahısını təqdim edirik.

Azərbaycan diplomatiya tarixi dövlətçiliyimizin mühüm səhifələrindən biri sayılır.

Bu səhifədə 1918‐1920‐ci illər - Azərbaycan Xalq Cümhuriyyəti dövrü xüsusi önəm daşıyır.
Cümhuriyyət dövründə Azərbaycan diplomatiya idarəsinin başçıları olmuş  Məmmədhəsən Hacınski,  Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Məmmədyusif Cəfərov böyük dövlət xadimləri və diplomatlar kimi tarixdə özlərinə layiqli mövqe qazanıblar:

Məmmədhəsən Cəfərqulu oğlu Hacınski - Nazir olduğu dövr (28.05.1918 - 06.10.1918);
Əlimərdan bəy Ələkbər oğlu Topçubaşov - Nazir olduğu dövr (06.10.1918 - 07.12.1918);
Fətəli xan Xoyski - Nazir olduğu dövrlər (26.12.1918 - 14.03.1919), (24.12.1919 - 01.04.1920);
Məmmədyusif Cəfərov - Nazir olduğu dövr (14.04.1919 - 22.12.1919).

1920‐ci ilin aprelində  Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyasının təcavüzünə  məruz qalması nəticəsində  Vətənimiz işğal edildikdən və  dövlət müstəqilliyimiz itirildikdən sonra Xarici  İşlər Nazirliyi ləğv edilərək yerində Azərbaycan SSR Xalq Xarici  İşlər Komissarlığı (XXİK) yaradıldı.

Sovet hakimiyyətinin ilk illərində Azərbaycanın xalq xarici işlər komissarları Nəriman Nərimanov və Mirzədavud Hüseynov olublar. Lakin tezliklə XKİK də ləğv edildi. SSRİ yaradıldıqdan sonra Azərbaycanın müstəqil xarici siyasəti tamamilə dayandırıldı. Yalnız İkinci dünya müharibəsinin sonlarına yaxın yaranmış beynəlxalq  şəraitdə sovet hökuməti öz maraqlarına uyğun olaraq 1944‐cü ildə Azərbaycan SSR XKİK‐i bərpa etdi. 1946‐cı ildən XKİK Xarici  İşlər Nazirliyinə  çevrildi:

Nəriman Nərimanov - Nazir olduğu dövr (04.1920 - 05.1921);
Mirzədavud Hüsеynov - Nazir olduğu dövr (05.1921 - 12.1921);
Mahmud Əliyеv - Nazir olduğu dövr (1944 -1958);
Tahirə Tahirova - Nazir olduğu dövr (1959 - 1983);
Еlmira Qafarova - Nazir olduğu dövr (1983 - 1987);
Hüsеynağa Sadıqov - Nazir olduğu dövr (23.01.1988 - 29.05.1992);

Uzun illər boyu müxtəlif formalarla sovet rejiminə qarşı apardığı mübarizə və 80‐ci illərin sonu ‐ 90‐cı illərin əvvəllərində beynəlxalq aləmdə yaranmış əlverişli şərait nəticəsində Azərbaycan xalqı XX əsrdə ikinci dəfə dövlət müstəqilliyini bərpa edərək ikitərəfli və  çoxtərəfli beynəlxalq  əlaqələr qurmağa başladı. Dövlət müstəqilliyimiz dünyanın  əksər dövlətləri tərəfindən tanındı və  diplomatik münasibətlər quruldu.

Tofiq Qasımov - Nazir olduğu dövr (04.07.1992 - 26.06.1993);
Həsən Həsənov - Nazir olduğu dövr ((02.09.1993 - 16.02.1998);
Tofiq Zülfüqarov - Nazir olduğu dövr (05.03.1998 - 26.10.1999);
Vilayət Quliyev - Nazir olduğu dövr (26.10.1999 - 02.04.2004);
Elmar Məmmədyarov - Nazir olduğu dövr (2.04.2004 -16.07.2020).

0
Modern.az