Boşanmaların sayı kəskin artır: Səbəb nədir? 

SOSİAL
17:17 / 19.05.2023
1075

“2025-ci ilə qədər boşanmaların sayında daha da artım olacaq”.

Bunu HİT.az-a açıqlamasında hüquq müdafiəçisi Günel Səfərova 4 ayda 5118 ailəni boşanmaya aparan səbəbləri izah edərkən deyib. Onun sözlərinə görə, bu rəqəm 4 ayda boşanmaların hüquqi tərəflərinin statistikasıdır:

“Boşanma üçün müraciət edənlərə müəyyən müddət verilir. İndi də Mediasiya Şuraları yaranıb. Bu şura iki tərəfi razı sala bilmədikərində tərəflər boşanmaya gedirlər. Ola bilsin ki, bu boşanma qərarları müxtəlif vaxtlarda verilib. Rəqəm baxımından bir az qorxuducu görünə bilər, xüsusi ilə də Azərbaycanda ailə modeli, dəyərləri güclü, yaxud da ənənəvi toplum olduğuna görə”.

Günel Səfərova boşanmaların səbəblərinin fərqli olduğunu qeyd edib:

“Yadınızdadırsa pandemiya vaxtı belə açıqlama verilmişdi ki, ölkədə boşanmaların sayı artacaq. Axşamdan-axşama evdə bir yerdə olan ailələr pandemiyada bütün günü bir arada yaşamağa başladı. Eyni zamanada da sosial vəziyyətin pisləşməsi, psixoloji durumun kəsinkəşməsi sonradan bu şəkildə özünü biruzə verdi. Bütün bunları nəzərə alanda demək olar ki, indi boşanmaların sayının bu qədər olması təbii prosesdir”. 

Hüquq müdafiçəsi hesab edir ki, Azərbaycanda boşanmaların sayının çoxalması digər cəmiyyətlərdən fərqlidir:

“Gəlin öncə buna baxaq, evlənmək qərarı necə verilir? Bu qərar yalnız qıza və oğlana deyl, eyni zamanda ailələrin də rol aldığına görə bu qədər boşanmanın baş verməsi təbiidir. Üstəlik son vaxtlar sosial vəziyyət də yaxşı deyil. İnsanlar da bir-birində uzlaşmaq, dil tapmaq yollarından daha çox birdəfəlik münasibətləri kəsmək istiqamətində addım atırlar”.

Günel Səfərova bu statistikanın tərkibinin də açıqlanmasının vacibliyini qeyd edib:

“Mənim üçün maraqlıdır, boşananlar neçə ilin evlilikləridir? Onlar az müddətin, yəni 1-2 ilin evlikləridirmi? Biz praktikada görürük ki, 15-20 ilin də evlilikləri boşanır. Deyək ki, 1-2 ilin evlilikləri yola getmir, yaxşı bu yaşda evliliklərdə nə baş verir? Onlar da boşanır”.

Qeyd edək ki, 4 ay ərzində Azərbaycanda 5118 ailə boşanıb. Hesablamalara əsasən hər gün ərzində 42 ailə dağılıb.

Azra

0