Sosial şəbəkənin real həyata təsiri - Müsabət və mənfi cəhətləri

19:35 / 28.11.2023
825

İnsanlar müasir dövrün əsas trendi olan sosial şəbəkələrdən müxtəlif cür istifadə edirlər. Bu platformalar bəzilərinə görə məlumat almaq, bəzilərinə görə isə “layk” toplamaq yaxud özünü reklam etmək üçün vasitədir.

Yeniyetmə və gənclərin toplaşdığı sosial şəbəkələr onlara necə təsir edir?

Psixoloq Könül İsmayılova Hit.az- aşərhində bildirib ki, gənclərin internetdən asılılığı psixoloji fəsadlar yaradır, onların əxlaq və tərbiyəsinə, təhsilinə mənfi təsir göstərir. Çox güman ki, dərinləşən bu problemin, bəlanın fəsadlarını illər keçdikcə daha çox hiss edəcəyik. Gələcək nəslin təlim-tərbiyəsində, psixoloji durumunun pozulmasında sosial şəbəkələrin mənfi rolu daha çoxdur. Gənclərin əksəriyyəti əsəbi, gərgin həyat tərzi yaşayır: 

"Lakin buna baxmayaraq, sosial şəbəkələrin faydalı, xeyirli tərəfləri də az deyil. Buna görə də insanlar arasında maarifləndirmə işi aparmaq, sosial şəbəkədən düzgün istifadə mədəniyyətini təbliğ etmək çox vacibdir. Onu da deyim ki, sosial şəbəkələr Azərbaycan ailəsinə ciddi müdaxilə edir. Evli qadının virtual məkanda çox vaxt keçirməsi, həyat yoldaşına qarşı soyuq münasibət göstərməsi, diqqətsizlik etməsi ailədə bir çox problemlər yaradır. Hətta bu kimi halların sonu bəzən xəyanətə də gətirib çıxarır. Bu da ailədaxili mübahisələrə, münaqişələrə, cinayət hadisələrinin baş verməsinə səbəb olur"

Sevinc

0