Yas yerinə təmtəraqlı hazırlaşıb gedənlər...

SOSİAL
19:00 / 30.11.2023
916

Azərbaycanda hazırda müzakirə olunan ən aktual mövzu yas mərasimləri ilə bağlıdır.

Mərasimlərin sadələşdirilməsi, süfrələrdən bəzi təamların yığışdırılması tipli tələblər gündəmdədir.

Bununla yanaşı, yas məclislərində iştirak edən şəxslər sanki toya gəlirmiş kimi bəzənib duzənir.

Hətta gözəllik salonunda bəzənib yas yerinə gedənlər də var.
 
İlahiyyatçı Tural İrfan Hit.az-a şərhində bildirib ki, yas məclislərində iştirak edən insanlar mümkün qədər həm mərhuma, həm də yas sahibinə ehtiramlı davranmalıdır:

“Doğrudur, yas zamanı hansısa xüsusi geyim dinimizdə nəzərdə tutulmayıb. Ancaq insanlar özləri başa düşməlidir ki, yas geyimi ilə toy geyimi fərqli olmalıdır. Mümkün qədər abırlı geyinmək lazımdır. Yas məclisi gözəllik müsabiqəsi deyil ki, kosmetikaya bürünüb getsinlər. Yas məclisində kənar söhbətlər etmək, bəzənib getmək, orada fotosessiya açmaq, uyğunsuz davranmaq doğru deyil, günahdır, hörmətsizlikdir. Yas yerlərində belə şeylərin baş verməsində yası idarə edən din xadiminin də günahı var"

Sevinc

0