Nikaha daxil olmazdan öncə cütlüklər narkoloji testdən keçməlidirmi?

SOSİAL
19:39 / 04.12.2023
550

Son dövrdə dünyada boşanmalar artaraq çox təhlükəli həddə çatıb və ailə qurumu süquta doğru irəliləməkdədir.

Azərbaycan KİV-də və ictimaiyətində də boşanmaların artması ilə əlaqədar həyacan siqnalı çalınır. Bu mövzunun sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrilməsi də bunu təsdiq edir.

Boşanmalarda səbəb kimi “qarşı tərəf narkoman idi” arqumenti daha çox səslənməkdədir. Statistika da ölkəmizdə narkoloji asılılığı olan şəxslərin də artığını təsdiq edir. Bu səbəbdən də nikaha daxil olmaq istəyən cütlüklərin narkoloji müayinədən keçməsi təklif olunur. 

Bəs görəsən, evlənməyə hazırlaşan gənclər həm də narkoloji müayinədən də keçməlidirlərmi? Ümumiyyətlə, gənclər buna razı olarmı?

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a şərhində deyib ki, narkoloji müayinə könüllü və hər iki tərəfin razılığı ilə aparılmalıdır:

“Bu xəstəliyi infeksion və ya digər xəstəliklərlə qarışdırmaq olmaz. Bu müalicə olunur və həmin şəxslərin dəstəyə ehtiyacı var, mütləq ki, cəmiyyət onları qəbul etməlidir və protokola uyğun müalicə getməlidir.

Hazırda Azərbaycan Qanunvericiliyinə görə, evlilikdən öncə narkoloji müayinə aparılmır. Bunun da səbəbləri var. Bu, həmin insanların günahlandırılmadan, mühakimə edilmədən normal cəmiyyətə qaytarılması üçün bir yoldur və onların hüququdur”.  

Ekspert hesab edir ki, evliliyə hazırlaşan gənclərin qarşı tərəfin narkotik asılılığı olub-olmadığını bilməsi üçün bir neçə yol var. Onun davranışına, düşüncələrinə görə iddia edə bilərik ki, bu adam maddə istifadəçisidir, lakin bu professionallıqdan kənar yanaşmadır.

Sevinc

0