Azərbaycanda boşanma tendensiyası ilbəil artmaqdadır.
Hətta rəsmi rəqəmlər də bunu təsdiq edir.
Boşanmanın səbəbləri ilə bağlı müxtəlif fikirlər səslənir. Bir qisim ekspertlər hesab edir ki, fiziki və iqtisadi zorakılıq boşanmağa səbəb olur.
Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, zorakılığın bir neçə növü var: fiziki zorakılıq, psixoloji zorakılıq, iqtisadi zorakılıq, cinsi zorakılıq, eyni zamanda, təqib formasında zorakılıq var:
“Hazırda bizim cəmiyyətdə fiziki və psixoloji zorakılıq üstünlük təşkil edir. Hər gün onlarla qadın əri tərəfindən döyüldüyünü, öldürüldüyünün şahidi oluruq. Şiddəti görən insan çıxış yolunu məhkəmədə, ərindən boşanmaqda görür. Psixoloji zorakılıq isə ən bərbadıdır. Belə ki, psixoloji zorakılığın ən dəhşətli forması insanı özünü öldürmə həddinə çatdırmaqdır və ya şəxsiyyət olaraq, yoxa çıxmasına gətirib çıxarır. Insanlar öz hüquqlarını bilməlidir. Mən boşanmanın tərəfində deyiləm. Əgər qadın döyülüb, söyülürsə o mütləq ayrılmalıdır”.
Sevinc