Boşanmaların qarşısını almaq üçün cütlüklər ailə qurmazdan nəyi müzakirə etməli?

SOSİAL
19:53 / 06.11.2024
397

Azərbaycanda  boşanmaların sayı günü-gündən artır.

Maraqlıdır, boşanmaların qarşısını almaq üçün cütlüklər ailə qurmazdan öncə nələri müzakirə etməlidir? 

Psixoloq  Aynur Əliyeva Hit.az-a deyib ki, bu gün cütlüklər çox tez tanış olub və tez ailə qurmaq qərarı alırlar. Sonradan yaranan problemlər zamanı isə bir-birini günahlandırma, “sən dəyişmisən”, “sən əvvəl belə deyildin” kimi ittihamlar çox olur:

“Bu səbəbdən də yaxşı olar ki, cütlüklər ailə qurmazdan öncə münasibətdən və ailə həyatından gözləntilərini, sevdikləri və sevmədikləri şeyləri, “qırmızı cizgi”lərini mütləq bir-biri ilə paylaşsın. Tərəflər bir-birini anlayırsa, “bir-birinin sözü boğazlarından keçirsə”, güzəşt etməyi bacarırlarsa, istənilən ailədaxili çətinliyin öhdəsidən mütləq gələ biləcəklər”.

Sevinc

0