İlaxır çərşənbə necə qeyd edilməlidir?

SOSİAL
17:10 / 18.03.2025
55

Çərşənbələrin sonuncusu xalq arasında “İlaxır çərşənbə”,”Torpaq çərşənbəsi”, “Yer çərşənbəsi”.

 “Çərşənbə-suri” və s. adlarla tanınır. Torpaq türk etnik-əxlaqi dəyərlər sistemində yurd, vətən, el-oba anlayışı , həmçinin yaradılışın maddi əsası olması ilə bağlı olaraq, sakral mifoloji semantikaya malikdir.

Hit.az xəbər verir ki, bu çərşənbə şənlik və mərasimləri özünəməxsusluğu və rəngarəngliyi ilə seçilir. 

İnsanlar sübh tezdən su üstünə çıxar, su üstündən hoppanar, arzusunu suya danışar və ondan imdad diləyərdilər. 

Xalqa qarşı ədalətsiz iş görənləri, ədavət salanları, nahaq qan tökənləri suya tapşırma xalq arasında geniş yayılmışdır. Axşam isə tonqallar alovlanar, üzərlik yandırılar, bacalardan torbalar sallanar, qulaq falı qurular, oyunlar oynanılardı. 

Onu da bildirək ki, ilaxır çərşənbə gecəsinin dan qaranlığında, yəni sübhün gözü açılar-açılmaz axar su üstünə gedilər. Sonra sudan bir səhəngə doldurub gətirər həyət-bacaya, ev-eşiyə, paltar-palaz, mal-qara üstünə səpilir. 

Bu ilin xoş keçməsi, ağrı-acının olmaması istəyini ifadə edir. Axır çərşənbə gecəsi ərgən qızlar xeyli aralıdan arxası qapıya durub, ayaqlarındakı ayaqqabının sağ tayını geriyə atarlar.

Ayaqqabının burnu qapıya tərəf düşsə, demək yaxın vaxtda ərə gedəcək. İlin axır çərşənbəsində səfərə yollanmaq olmaz. Yollansan, yeddi il ev-eşiyindən, rahatlığından ayrı düşərsən, getdiyin eşdən də xeyir götürməyin çətin məsələdir. Ona görə ilaxır çərşənbə axşamı hər kəs öz evində, oğul-uşağının yanında olmalıdır.

Həmçinin, ilin axır çərşənbəsi və Novruzda kuzə falı, alma falı, cıdır falı, iynə falı, şam falı, ulduz falı, həmçinin bir sıra oyunlar, tamaşalar oynanılır.

İlaxır çərşənbə və Novruz bayramı süfrəsi üçün tutulmuş xonçada adları “s” hərfi ilə başlayan “Yeddi sin” adlanan 7 nəsnə olmalıdır. Buraya su, səməni, sünbül, sumaq, soğan, sulaq, sarımsaq daxildir. Bəzi tədqiqatçılar bildirirlər ki, “Yeddi sin” xonçasında yalnız şirin şeylər, yəni su, səməni, sünbül, süd, səbzi, səməni halvası və sucuq olmalıdır.

Sevinc

0