Müəllimlər üçün vahid geyim dönəmi başlayır

TƏHSİL
10:27 / 17.06.2026
127

“Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişikliklər Elm və təhsil komitəsinin gündəliyində yer alıb. 

Dəyişikliklərə əsasən, dövlət məktəblərində fəaliyyət göstərən müəllimlərin geyim məsələsi qanunla tənzimlənəcək. Bildirilib ki, məqsəd təhsil ocaqlarında vahid işgüzar mühit yaratmaq və təşkilati dəyərləri möhkəmləndirməkdir.

Təhsil eksperti Elçin Əfəndi Hit.az-a açıqlamasında deyib ki, məktəblərdə vahid forma tətbiqi yalnız xarici görünüş məsələsi deyil, həm də təhsil mühitində bərabərlik və nizam-intizamın qorunmasına xidmət edən vacib amildir: 

401887

“Beynəlxalq təcrübədə vahid geyim və dress-kod sistemi kifayət qədər geniş yayılıb. Bir çox ölkədə bu qaydalar həm şagirdlər, həm də təhsil işçiləri üçün tətbiq olunur.

Müəllimlər üçün də vahid geyim standartının müəyyənləşdirilməsi müsbət nəticələr verə bilər. Belə bir yanaşma müəllim peşəsinin nüfuzunu və məktəb daxilində fərqləndirilməsini daha da gücləndirər”.

Ekspert əlavə edib ki, hazırda müəllimlərin geyim seçimi fərdi yanaşmalara əsaslandığından ümumi görünüş baxımından vahidlik müşahidə edilmir:
“Müəyyən ediləcək ortaq geyim qaydaları isə daha ciddi, səliqəli və peşəkar təhsil mühitinin formalaşmasına şərait yarada bilər”.

Günel Cəlilova

0