16 yaşlı Günay dünya universitetlərinə qəbul şansı və yüksək təqaüd qazandı

SOSİAL
17:31 / 23.07.2026
47
Tərtər şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu Günay Əlizadə əzmi, zəhməti və biliyi sayəsində böyük uğurlara imza atıb.
 
HİT.az xəbər verir ki, cəmi 16 yaşı olan və məktəbi əla qiymətlərlə başa vuran Günay Əlizadə ABŞ və Avropanın bir sıra nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunub.
 
O, ABŞ-ın Simmons Universiteti, Sent Luis Universiteti, Saffolk Universiteti, Hofstra Universiteti və Arizona Dövlət Universiteti, həmçinin Avropanın tanınmış ali məktəbləri olan Vilnius Universiteti, TalTech-Tallinn Texnologiya Universiteti, LCC Beynəlxalq Universiteti və digər universitetlərdən qəbul məktubu alıb.
 
Günay Əlizadə qəbul olunduğu universitetlərdən yüksək məbləğdə təqaüdlərə də layiq görülüb. Belə ki, Sent Luis Universiteti ona ümumilikdə 128 min ABŞ dolları, digər universitetlər isə 70-80 min ABŞ dollarınadək təqaüd təklif edib.
 
Bununla yanaşı, o, qəbul imtahanlarında yüksək nəticə göstərərək ADA Universitetinin Beynəlxalq Münasibətlər ixtisasına da qəbul olub. Gənc məzun xaricdə təhsil imkanlarına baxmayaraq, ali təhsilini Azərbaycanda davam etdirmək qərarına gəlib.
 
0