Magistraturaya plan yerlərinin boş qalma SƏBƏBİ

SOSİAL
13:55 / 03.08.2026
43

Dövlət İmtahan Mərkəzi (DİM) magistratura pilləsinə qəbul kampaniyasının yekun nəticələrini ictimaiyyətə təqdim edib. 

Açıqlanan statistik göstəricilərdən məlum olur ki, ali təhsil müəssisələrində magistratura üzrə ayrılan yerlərin xeyli hissəsinə tələbə qəbul olunmayıb. Bu mənzərə sosial şəbəkələrdə müxtəlif müzakirələrə yol açıb. 

Bir qrup istifadəçi boş qalan yerləri ali təhsil sahəsində narahatedici göstərici kimi dəyərləndirərək bunun ciddi problemlərdən xəbər verdiyini bildirib. Digər tərəfdən, bu vəziyyətin səbəblərini əmək bazarının dəyişən tələbləri, gənclərin xaricdə təhsil və karyera imkanlarına üstünlük verməsi, həmçinin magistratura təhsilinin əvvəlki qədər cəlbedici hesab edilməməsi ilə izah edənlər də az deyil.

Təhsil eksperti Elçin Əfəndi Hit.az-a açıqlamasında deyib ki, magistratura üzrə plan yerlərinin boş qalmasının əsas səbəblərindən biri bəzi ixtisas istiqamətləri üzrə abituriyentlərin müsabiqədə iştirak etmək istəməməsidir: 

406314
“Onlar ya müsabiqə şərtlərini ödəmədikləri üçün həmin ixtisasları seçməyiblər, ya da illik təhsil haqqının yüksək olması səbəbindən magistratura təhsilindən imtina ediblər. Bundan əlavə, ixtisas seçiminin düzgün aparılmaması da bu nəticəyə təsir göstərən amillərdəndir”.

Ekspert hesab edir ki, magistratura imtahanında sualların cavablandırılması üçün ayrılan vaxt bir qədər artırılsa, namizədlər öz biliklərini daha dolğun nümayiş etdirə və daha yüksək nəticə əldə edə bilərlər: 

“Bu halda plan yerlərinin təxminən 90-95 faizinin dolması mümkün olar”.

Günel Cəlilova

0