TEXNO
12:25 / 25.10.2022
737

“WhatsApp”dakı problemlə bağlı rəsmi açıqlama

Hal-hazırda “WhatsApp” tətbiqinin fəaliyyətində problemlər mövcuddur.

HİT.az Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə istinadən xəbər verir ki, tətbiqin fəaliyyətində yaranmış problem təkcə Azərbaycan Respublikası ərazisində deyil, qlobal səviyyədə müşahidə edilir.

"WhatsApp” tətbiqinin inzibatçısı “Meta Platforms, Inc.” şirkəti tərəfindən verilmiş açıqlamaya əsasən, şirkət tətbiqin fəaliyyətinin bərpa olunması üzərində çalışır", - açıqlamada deyilir.

0