"SpaceX" orbitə daha 46 Starlink peyki göndərir

TEXNO
21:21 / 27.04.2023
962

Kosmik nəqliyyat şirkəti "SpaceX"ə aid 46 "Starlink" internet peykini orbitə daşıyacaq "Falcon-9" raketi ABŞ-ın Kaliforniya ştatından uğurla buraxılıb.

HİT.az CNN-ə istinadən xəbər verir ki, iş adamı İlon Maska məxsus şirkət internet peykləri daşıyan "Falcon-9" raketi yerli vaxtla saat 09:40-da ABŞ-ın Kaliforniya ştatındakı Vandenberq Kosmik Qüvvələri bazasından buraxılıb. Bildirilir ki, "Falcon-9"un təkrar istifadə xüsusiyyətinə malik ilk pilləsi Sakit okeanda yerləşən “Of Course I Still Love You” adlı pilotsuz platformaya enəcək. 

"SpaceX" ötən həftə 21 ikinci nəsil "Starlink" peyklərini uğurla orbitə çıxarıb.

"Starlink" peykləri dünyanın müxtəlif yerlərində internetə çıxışda çətinlik çəkən bölgələrə genişzolaqlı internet xidməti göstərmək üçün hazırlanıb. ABŞ-lı milyarder iş adamı İlon Maskın əsasını qoyduğu kosmik nəqliyyat şirkəti "SpaceX"də "Falcon 9", "Falcon Heavy", "Dragon Cargo" və "Starship", həmçinin "Starlink" kimi kosmik missiya maşınları var.

Samir

0