"WhatsApp"dan möhtəşəm yenilik

TEXNO
15:40 / 01.05.2023
1029

Dünyanın ən məşhur mesajlaşma platforması olan "WhatsApp" daha bir yeniliyi ilə istifadəçilərini sevindirib.

HİT.az xəbər verir ki, tətbiqdə səsli mesajlarla bağlı yeni funksiya sınaqdan keçirilir. 

Yenilik səsli mesajların mətnə çevrilməsini özündə ehtiva edir. Yəni artıq səsi dinləmək əvəzinə, mətn şəklinə sala bilərsiniz.  Həmçinin, səsli mesajlar içində keçən kəlimələri axtararaq da tapa bilmək funksiyasının əlavə olunacağı qeyd olunub. Bu özəlliyinin uzun səsli mesajları dinləmək istəməyən insanlar üçün atıldığı diqqətə çatdırılıb.

İstifadəçilərin xeyli marağına səbəb olan yeniliyin sınaqların uğurlu keçməsindən sonra bütün dünyada tətbiq olunması gözlənilir.

Pərviz

0