Rusiya və İran tədqiqat peyki yaradacaq

18:00 / 01.05.2023
1139

Tehran Universiteti və M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Kosmik Tədqiqatlar Fakültəsi birgə tədqiqat peykinin yaradılması üzərində işə başlayacaq. 

HİT.az xəbər verir ki, bunu Tehran Universitetinin rektoru Seyid Məhəmməd Moqimi deyib.

"Yaxın vaxtlarda orbitə ortaq tədqiqat peyki göndərə bilməyimiz üçün işi iki həftədən sonra başlamağa razılaşdıq. Maliyyə məsələləri üzrə də ilkin razılıq əldə olunub", deyə Moqimi bildirib.

Qeyd edək ki, 27-28 apreldə Moskva Dövlət Universitetində Rusiya və İran universitetlərinin rektorlarının altıncı forumu keçirilib. Forum çərçivəsində iki ölkə arasında təhsil və elm sahəsində əməkdaşlıqla bağlı məsələlərə dair tematik sessiyaların keçirilməsi nəzərdə tutulmuşdu.

Samir

0