"Gooogle"dan ChatGPT-yə cavab: Axtarış sistemi tamamilə dəyişir

TEXNO
13:12 / 08.05.2023
948

"Google" axtarış sistemində əsaslı yenilənməyə hazırlaşır. Xüsusilə, ona süni intellektə əsaslanan alətlər əlavə olunacaq və xidmətin özü daha fərdiləşəcək, "insana çevriləcək".

HİT.az "The Washington Post"a istinadən xəbər veirr ki, şirkət axtarış nəticələrində 10 keçiddən ibarət klassik siyahıdan tədricən imtina etmək və xidməti hər bir konkret şəxsə daha çox yönəltmək istəyir.

Bundan əlavə, istifadəçilərin müraciətlərinə cavab olaraq sistem "TikTok"dan videolar və sosial şəbəkələrdən yazılar təklif etməkdə daha da fəallaşacaq. Axtarış nəhəngi bu yolla informasiyanı bu formatda almağa öyrəşmiş gənclər arasında aktuallığını saxlamaq istəyir.

“Google” axtarışda çatbot tətbiq edəcək - onunla ünsiyyət daha çox insanla dialoqa bənzəyəcək. Bu barədə nəşrin həmsöhbətləri deyir. 

Süni intellektə əsaslanan yenilənmiş axtarış sisteminin may ayında keçiriləcək I/O 2023 tədbirində təqdim ediləcəyi və ABŞ-da bəzi istifadəçilər üçün ictimai təqdimatın payızda baş tutacağı gözlənilir.

Qeyd edək ki, "ChatGPT"nin meydana çıxmasından və "Microsoft"un "Bing AI" texnologiyasının istifadəyə verilməsindən sonra axtarış sisteminin modernləşdirilməsi "Google" üçün prioritet məsələyə çevrilib. "OpenAI"nin GPT-4 dil modelinə əsaslanan çatbot milyonlarla istifadəçini "Google"un rəqibinə cəlb edib.

ChatGPT-ə cavab olaraq, "Google" "Bard" çatbotunu təqdim edib. Lakin bu o qədər də uğurlu olmayıb. Xidmət yalnız məhdud sayda istifadəçilər üçün əlçatandır və ciddi səhvlər edir.

Samir

0