Səhiyyə sahəsində süni intellektdən istifadə etmək risklidirmi? - Alimlər izah edir

TEXNO
21:15 / 10.05.2023
1205

Beynəlxalq alimlər qrupu sağlamlıq sahəsində süni intellektdən istifadənin təhlükə yaratdığını vurğulayaraq, bəzi süni intellektə malik diaqnostik cihazların tünd dəri tonlu insanlarda yanlış nəticələr verdiyini açıqlayıb.

HİT.az xəvər verir ki, Böyük Britaniyada yerləşən BMJ "Journal of Global Health"də dərc edilən elmi təhlildə süni intellektin səhiyyədə perspektivli həllər təklif etdiyi halda, insan sağlamlığı və rifahı üçün bir sıra təhlükələr yaratdığı bildirilib. Beynəlxalq alimlər qrupunun araşdırma ilə bağlı dərc etdikləri məqalədə süni intellektdən istifadə edilən bəzi nümunələrdə insan sağlamlığı ilə bağlı yanlış nəticələrə diqqət çəkiblər.

Bildirilib ki, qan oksigenini ölçən cihazlarda istifadə edilən süni intellekt dərisi tünd olan xəstələrdə qandakı oksigen səviyyəsini çox qiymətləndirir və bu, oksigen çatışmazlığı olan xəstənin müalicə olunmamasına səbəb olur.

Başqa bir misal, süni intellektin üz tanıma sistemlərinin daha tünd dərili şəxslərdə cinsi səhv təsnif etmə ehtimalı yüksək olduğunu ifadə edilərək, ayrı-seçkiliyə məruz qalan populyasiyaların buna görə də səhiyyədə süni intellektin bütün üstünlüklərindən məhrum ola biləcəyi də göstərilib.

Məqalənin müəllifləri olan alimlər səhiyyə sektorunda süni intellektin tətbiqindən əvvəl nəzarəti təmin edəcək hüquqi tənzimləmələrin işlənib hazırlanmasını tövsiyə ediblər.

Samir

0