"Instagram" gələn ay "Twitter"in analoqunu işə sala bilər - "Bloomberg"

TEXNO
20:59 / 22.05.2023
1179

Foto və videoların paylaşılması üçün sosial şəbəkə “Instagram” gələn ay “Twitter”ə bənzəyən proqram təqdim etməyi planlaşdırır. 

HİT.az xbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

"Bloomberg" mənbələrinə görə, proqram artıq sınaq mərhələsindədir. "Instagram"ın bir hissəsi olmayacaq. Bununla belə, istifadəçilər iki proqramda öz səhifələrini əlaqələndirə biləcəklər.

Digər təfərrüatlar hələ açıqlanmayıb.

Samir

0