ABŞ polisi yeni "iPhone" funksiyasından şikayət edib

TEXNO
22:38 / 25.06.2023
2370

"iPhone 14" və yeni "Apple Watch"da ortaya çıxan qəza aşkarlama xüsusiyyəti Tennessi ştatındakı Bonnaroo Musiqi Festivalında təcili yardım xidmətlərinə edilən yalançı zənglərin kəskin artmasına səbəb olub. 

HİT.az xəbər verir ki, bu barədə 9to5mac portalı məlumat yayıb.

Qeyd olunur ki, ümumilikdə Bonnaroo festivalına 80 mindən çox insan toplaşıb. Bu cür hadisələr tez-tez müxtəlif olaylarla müşayiət olunur, lakin "Apple" cihazlarında qəza aşkarlama funksiyası bu vəziyyəti daha da ağırlaşdırıb.

Coffey County Xilasetmə Direktoru Skott LeDuk, fövqəladə hallar xidmətlərinə edilən yalan zənglərin festival iştirakçılarının rəqsi ilə əlaqədar olduğunu deyib. Nəticədə, onların "iPhone 14" və "Apple" ağıllı saatları əslində baş verməyən qəzaları qeydə alıb və hadisə barədə məlumat vermək üçün təkbaşına 911-ə zəng edə bilib.

Xilasedicilər festival zamanı saxta zənglərin axını barədə məlumat vermək üçün "Apple" ilə əlaqə saxlayıb. "Apple" vəziyyəti həll etmək və problemi müəyyənləşdirmək üçün öz mühəndislərini hadisə yerinə göndərməyi təklif edib. Ancaq buna ehtiyac qalmayıb və problem uzaqdan həll edilib.

Polis festivala qatılanları cihazlarında qəza aşkarlamasını söndürməyə çağırıb. LeDukun məlumatına görə, bu, xilasetmə xidmətinə edilən zənglərin sayını 40-60% azaldıb.

Daha əvvəl bildirilmişdi ki, "iPhone" kamerası iOS 17-nin buraxılışı ilə avtomobildə yaranan problemləri aşkarlaya biləcək.

Samir

0