İyun ayının ən güclü Android-smartfonları açıqlandı - SİYAHI

TEXNO
09:12 / 04.07.2023
2246

AnTuTu bençmarkının tərtibatçıları Android smartfonlarının performans reytinqini yeniləyiblər.

Hit.az xəbər verir ki, 2023-cü ilin iyun ayında MediaTek Dimensity 9200+ çipi ilə flaqman Vivo X90s birinci olub.

Yeni Vivo X90s AnTuTu-da 1,62 milyon xal toplayıb. Snapdragon 8 Gen 2 çipsetinə əsaslanan növbəti iQOO 11 Pro 1,6 milyon xalla ikimci yeri tutub. Üçüncü yerdə bençmarkda 1,59 milyon xal toplayan iQOO 11 qərarlaşıb.

İlk "onluğ"a həmçinin oyun smartfonu Asus ROG Phone 7 Pro, iQOO Neo8 Pro, Nubia Red Magic 8 Pro, Oppo Find X6 Pro, Xiaomi 13 Ultra, OnePlus 11 və Meizu 20 Pro daxildir.

Qeyd olunur ki, statistik məlumatlar 2023-cü il iyunun 1-dən iyunun 30-dək toplanıb. Reytinqdə ən azı min testin nəticələrinə dair orta məlumatlardan istifadə edilib.

Samir

0