Sosial şəbəkələrdə yeni yayılan dələduzluqda bank kartları və hesablar sındırılır? - VİDEO

TEXNO
11:07 / 09.11.2024
1414
Sosial şəbəkə platformalarında yeni növ dələduzluğun yayılması ilə bağlı xəbərdarlıqlar yayımlanır.
 
Belə ki, guya müxtəlif şəxslər telefonla insanlara zəng edir, peyvənd olunmusunuzsa, "1" düyməsinə basmağınızı xahiş edirlər. Basdıqdan sonra isə dərhal telefonunuz bloklanır və telefonunuza kiberhücum olur. Nəticədə bank məlumatları oğurlanır.
 
DİN-nin Mətbuat Xidmətinin bölmə rəisi, polis kapitanı Nurlan Əliyev "Xəzər Xəbər"ə bildirib ki, bununla bağlı indiyə qədər polisə bununla bağlı şikayət daxil olmayıb. Ehtimal olunur ki, bildiriş saxtadır.
 
Kiber təhlükəsizlik üzrə ekspert Azər Əlili bildirib ki, təkcə "1" düyməsinə basmaqla telefon məlumatlarını ələ keçirtmək texniki cəhətdən mümkün deyil. Ekspert deyib ki, belə saxta "xəbərdarlıq"ların paylaşılması adətən reytinq xatirinə olur.
 
Bildirilib ki, ümumiyyətlə, şübhəli nömrədən gələn istənilən zəngi avtomatik report etmək lazımdır. Təhlükəli zəng kimi bir neçə belə geri bildirimdən sonra sistem avtomatik olaraq həmin nömrəni fırıldaqçı kimi tanıyır və digər qurbanların qarşısı alınır.

 
0