"iPhone 18 Pro" kamera testində ikinci oldu - Lideri keçə bilmədi

TEXNO
17:12 / 21.09.2026
64

"Apple"ın yeni flaqmanı "iPhone 18 Pro" kamera imkanlarına görə dünyanın ən yaxşı smartfonları arasında yer alıb. Lakin cihaz DxOMark-ın qlobal reytinqində birinci pilləyə yüksələ bilməyib.

HİT.az xəbər verir ki, "iPhone 18 Pro" testlərdə 172 xal toplayaraq ikinci yeri tutub. "Huawei Pura 80 Ultra" isə 175 xalla reytinqə liderlik edib.

"iPhone 18 Pro" xüsusilə zəif işıq şəraitində çəkiliş zamanı yüksək nəticə göstərib. Bu kateqoriyada smartfon 150 xal toplayaraq reytinqin ən yüksək göstəricisinə sahib olub. Mütəxəssislər görüntülərdə yüksək detal səviyyəsini, dəqiq ekspozisiyanı və geniş dinamik diapazonu qeyd ediblər.

Smartfonun əsas kameralarından birində dəyişən diafraqma sistemi də diqqət çəkir. Altı hissədən ibarət mexanizm diafraqmanı f/1.48-dən f/4.0-a qədər dəyişməyə imkan verir. Bu xüsusiyyət xüsusilə qrup portretlərində sahə dərinliyini artırmağa kömək edir.

"iPhone 18 Pro" video çəkilişi üzrə də güclü nəticə göstərib. DxOMark ekspertləri görüntü stabilizasiyasının hərəkət zamanı belə hamar işlədiyini və saniyədə 60 kadrla çəkilişin daha axıcı görüntü yaratdığını bildiriblər.

Bununla yanaşı, smartfonun teleobyektivinin uzaq məsafədən çəkilişlərdə bəzi rəqib flaqmanlardan geri qaldığı qeyd olunub. Rənglərin ötürülməsi və ağ balansında müəyyən problemlər, həmçinin foto və video önizləmələri arasında parlaqlıq fərqləri də çatışmazlıqlar sırasında göstərilib.

Beləliklə, "iPhone 18 Pro" kamera testində yüksək nəticə göstərsə də, "Huawei Pura 80 Ultra"nı keçərək birinci pilləyə yüksələ bilməyib.

Samir

0