Azərbaycan və Gürcüstan mediasının nümayəndələrinin iştirakı ilə Türkiyənin Şərqi Anadolu bölgəsinə media səfəri başlayıb.
Hit.az xəbər verir ki, səfər Türkiyə Gelişim Ajansının (TGA) təşkilatçılığı ilə həyata keçirilir.
6-9 oktyabr tarixlərini əhatə edən səfər çərçivəsində Azərbaycan və Gürcüstan media nümayəndələrinin Türkiyənin İğdır, Van və Ağrı bölgələrində bir sıra görüş və səfərlərdə iştirakı nəzərdə tutulur.
Media səfərinin əsas məqsədi Şərqi Anadolunun tarixi və mədəni irsi, təbiəti, turizm imkanları və bölgənin özünəməxsus xüsusiyyətləri ilə yerində tanış olmaq, əldə olunan məlumat və təəssüratları geniş auditoriyaya çatdırmaqdır.
Səfərin ilk mərhələsində media nümayəndələri Türkiyəyə gəlib və proqramın başlanğıc nöqtəsi olan İğdırda qarşılanıblar. Səfər müddətində jurnalistlərin bölgənin müxtəlif tarixi-mədəni məkanlarını ziyarət etməsi, foto və video çəkilişləri aparması, yerli mühitlə tanış olması və səfər çərçivəsində materiallar hazırlaması planlaşdırılır.
Media səfəri 9 oktyabrda başa çatacaq.
Gülnarə Əmirqızı
Hit.az Xəbər Portalının baş redaktoru










