“EFES-2026” təlimində dənizdən sahilə hücum tapşırığı uğurla icra edilib - VİDEO

VİDEO
10:52 / 16.05.2026
38

Türkiyədə keçirilən “EFES-2026” çoxmillətli birgə müştərək təlimi çərçivəsində növbəti tapşırıqlar uğurla tamamlanıb.

 

Müdafiə Nazirliyindən HİT.az-a verilən məlumata görə, təlim planına uyğun olaraq, iştirakçı ölkələrin hərbi qulluqçuları dənizdən sahilə hücum tapşırığını icra ediblər.

 

Yüksəksürətli katerlərlə sahildə yerləşən şərti düşmən mövqelərinə yaxınlaşan qruplar, intensiv atəş dəstəyi altında quruya çıxıb, istehkamları dəf edərək müdafiə mövqelərini qısa müddətdə zərərsizləşdiriblər.

 

Aparılan effektiv əməliyyat nəticəsində sahil xətti tam təmizlənib və desant qüvvələrinin quruya çıxması üçün təhlükəsiz şərait yaradılıb.

 

0