"Tesla" avtomobillərinin ucuz versiyalarını SATIŞA ÇIXARDI

AVTO
10:02 / 16.08.2023
1211

ABŞ-ın məşhur avtomobil istehsalçısı "Tesla" maraqlı addım atıb.

HİT.az xəbər verir ki, şirkət "Model S" və "Model X" avtomobillərinin ucuz versiyalarını satışa çıxarıb.

Sözügedən modellərin ilkin olaraq ABŞ-da satılacağı açıqlanıb. Şirkətin saytında bildirilib ki, yeni versiyalar əsas modellərdən 10 min dollar daha ucuzdur. Yeni avtomobillərdə sürət həddinin 100 km daha az olduğu diqqətə çatdırılıb. 

Pərviz

0