“Avtostat” agentliyinə müsahibə verən ekspertlər Çin istehsalı olan avtomobillərdə ən çox rast gəlinən zəif cəhətləri açıqlayıblar.
HİT.az xəbər verir ki, onların fikrincə, əsas problemli sahələr yürüş hissəsi, elektronika və lak-boya örtüyüdür.
“Avtodom” şirkətinin VIP istiqaməti üzrə baş direktor müavini Roman Timaşov bildirib ki, Çin avtomobillərində tez-tez asqı sisteminin zəifliyi, şarvari birləşmələr və salniklərin (səssiz blokların) sürətlə aşınması müşahidə olunur. Bundan başqa, salon materiallarının keyfiyyəti, lak-boya örtüyü və xrom elementlərin dayanıqlığı da nisbətən aşağıdır. O qeyd edib ki, bu problemlər markadan asılı olaraq dəyişir.
Fit Service beynəlxalq servis şəbəkəsinin texniki direktoru Nikita Rodionov isə bildirib ki, Rusiya bazarında ciddi fəaliyyət göstərən iri Çin brendləri avtomobilləri yerli şəraitə uyğunlaşdırır. Onun sözlərinə görə, bu uyğunlaşdırma çətin iqlim üçün paketlərin təkmilləşdirilməsi, pis yollar üçün asqının dəyişdirilməsi, elektron idarəetmə bloklarının yanacaq keyfiyyətinə uyğun tənzimlənməsi və bəzi modellərin yerli istehsalı ilə həyata keçirilir.
Bundan əvvəl yerli “Tenet” avtomobil brendinin T8 krossoverinin yeni modifikasiyasını təqdim etdiyi bildirilib. Əvvəllər yalnız yeddi yerlik, üç sıra oturacaqlı versiyada satılan model indi beş yerlik və ön ötürücülü variantda da təklif olunacaq. Yeni modelin istehsalı Kalugada yerləşən “AGR” zavodunda tam dövrəli istehsal xəttində həyata keçiriləcək.
Samir


