Universal avtomobillər bazarında ənənəvi olaraq geniş seçim olsa da, ekspertlər bütün modellər arasında bir avtomobili ən yaxşı seçim hesab edirlər. Söhbət “Skoda Superb Estate” modelindən gedir.
HİT.az xəbər verir ki, modelin əsas üstünlükləri arasında müxtəlif mühərrik variantlarının təklif olunması, nəhəng baqaj və yaxşı sürüş xüsusiyyətləri göstərilir.
“Skoda öz təyinatına mükəmməl cavab verən avtomobil yaradıb və bununla da bir çox müasir rəqiblərdən fərqli olaraq universal avtomobillərin lehinə ciddi arqument ortaya qoyub”, deyə avtomobil testçisi İlya Verpraet bildirib.
Praktik və komfortlu model
Ekspertlərin sözlərinə görə, dördüncü nəsil “Skoda Superb Estate”, sələfi kimi, praktikliyi, çoxfunksiyalılığı, komfortu və sadəliyi ilə seçilir. Bununla yanaşı, yeni model salonunda daha geniş məkan və daha qənaətcil mühərriklər əldə edib.
Avtomobil “Volkswagen Passat” ilə eyni MQB Evo platformasında hazırlanıb. Buna görə də onun baqaj həcmi də 690 litr təşkil edir.
Plug-in hibrid (PHEV) iV versiyasında isə akkumulyatorun yerləşdirilməsi səbəbindən baqajın həcmi 510 litrə qədər azalır. Buna baxmayaraq, bu göstərici yenə də kifayət qədər yüksək hesab olunur.
Ekspertlərin “Superb”in PHEV versiyasının göstəriciləri ilə bağlı iradı yoxdur. Avtomobil yalnız elektrik mühərriki ilə 84 milə, yəni təxminən 135 kilometrə qədər məsafə qət edə bilir.
İdman avtomobili deyil, amma idarəetməsi uğurludur
“Superb”i idman avtomobili adlandırmaq olmaz. Bununla belə, model praktikliyi sürüş zövqü ilə uğurla birləşdirir.
Uzun kuzov yaxşı idarə olunur və bu da sürücüdə avtomobilin yolda sabitliyinə dair inam yaradır.
Azərbaycanda “Skoda Superb Estate” modeli “Superb Combi” adı ilə təqdim olunur. Yeni avtomobili 1 774 500 qrivnaya almaq mümkündür.
Ən yaxşı 10 universal avtomobil
“Autocar” ekspertləri digər müasir universal modelləri də ətraflı araşdıraraq ən yaxşı 10 avtomobilin reytinqini hazırlayıblar:
1. “Skoda Superb Estate”
2. “BMW 3 Series Touring”
3. “Volkswagen ID.7 Tourer”
4. “Porsche Taycan Sport Turismo”
5. “Toyota Corolla Touring Sports”
6. “Volvo V60”
7. “Dacia Jogger”
8. “Mercedes-Benz E-Class Estate”
9. “BMW 5 Series Touring”
10. “Cupra Leon Estate”
Samir


