Ermənistan kəndləri boşalır: Doğum azalıb, köç artıb....

11:22 / 10.11.2021
1168

"Ermənistandan başqa, bütün dünyada ən az bir ölkə tapa bilməmişik ki, kəndlərdə doğum nisbəti şəhərlərdən aşağı olsun. Kənd yerlərində ümumi doğum nisbətinin şəhər yerlərindən daha aşağı olması Ermənistanda görünməmiş bir vəziyyətdir. Heç vaxt belə bir şey olmayıb".

Qaynarinfo-nun verdiyi xəbərə görə, bu sözləri BMT-nin Ermənistan ofisinin Əhali Fondu Proqramının Meneceri Anna Hovhannisyan Ermənistanın kənd və şəhər yerlərində demoqrafik vəziyyəti barədə danışarkən deyib.

A.Hovanisyan bildirib ki, "adətən, Ermənistanda doğulanların böyük hissəsi kənd yerlərinin payına düşürdü, kəndlərdə daha çox ailələr var idi. Başqa sözlə desək, kəndlərdə ciddi bir problemimiz var, bu səbəbdən bizi indi kəndlərdə ailələrin niyə əvvəlki kimi çox uşaq sahibi olmadıqları düşündürür”.

Daha sonra A.Hovanisyan kəndlərdə doğum nisbətinin azalmasının bir neçə səbəbini sadalayıb:

"Birincisi, kəndlərdə mənzil məsələsi böyük problemdir, bütün layihələr İrəvanda həyata keçirilir. Gənc ailələr mənzil almaq istəyirsə, mütləq şəhərə, ən azından rayon mərkəzinə gəlməlidir. İkincisi, təhsilin keyfiyyəti, mədəni həyat, uşaqlar üçün inkişaf imkanlarının yoxluğudur. Ən vacib amillərdən birinin kənd yerlərində iş və məşğulluqun olmamağı və zəmanətsizliyidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bu istiqamətdə bir çox işlər görülməsinin vacibliyini bildirən A.Hovanisyan əlavə edib ki,  kənd yerlərində yaşayan qadınlar, iş vəziyyətindən asılı olmayaraq, 2 yaşına qədər uşaqlar üçün müavinətlər almağa başlayıblar. İndi kənd yerlərində qadınlar, əgər işsizdirlərsə, ayda 26.500 dram alırlar, işləyirlərsə onda, bu məbləğin ikiqatını - 53.000 dram alırlar.

Bu kiçik, lakin vacib addımın gələcəkdə demoqrafik vəziyyətə böyük təsir göstərəcəyinə ümid edirik. Xaricdə işləməklə əlaqədar olaraq kəndlərdən, xüsusən kişilər, mühacirətə gedənlər, əvvəllər müvəqqəti gedib, yalnız yay aylarında işləyib, yeni ilə evlərinə qayıdırdılarsa, indi vəziyyət bir qədər dəyişib, gedənlərin özləri ilə ailələrini götürmə halları çoxalıb".

0