Miqrasiya böhranında Rusiya günahlandırılır - Zaxarova Britaniyaya cavab verdi

DÜNYA
21:27 / 14.11.2021
677

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova öz “Telegram” kanalında Böyük Britaniyanın xarici işlər naziri Elizabet Trussın Moskvaya qarşı səsləndirdiyi ittihamlara cavab verdi.

Hit.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Zaxarovanın sözlərinə görə, London bölgədə baş verən hər şeyə görə məsuliyyət daşıyır:

“Britaniyanın miqrasiya böhranında Rusiyanı günahlandırmağa haqqı yoxdur çünki o, İraqdan ora gələn qaçqınlara görə məsuliyyət daşıyır. Britaniya hərbçiləri İraqın işğalında ABŞ-ı dəstəklədikdən sonra London bölgədə baş verən hər şeyə, o cümlədən də dinc əhalinin ölümünə, İŞİD terror təşkilatının yaranmasına görə tarixi məsuliyyət daşıyır. London törətdiyi cinayətlərə görə cavab verənə qədər, onun rəsmilərinin kimisə ittiham etməyə haqqı yoxdur”.

Böyük Britaniyanın xarici işlər naziri Elizabet Truss

Xatırladaq ki, bundan əvvəl Böyük Britaniyanın xarici işlər naziri Elizabet Truss Belarus-Polşa sərhədindəki miqrasiya böhranına görə Rusiyanı ittiham edib. O, Moskvanın böhrana son qoymaq və dialoqa başlamaq üçün Minskə təzyiq etməli olduğunu vurğulayıb.

Qeyd edək ki, 2021-ci ilin əvvəlindən miqrantlar Belarusun Latviya, Litva və Polşa ilə sərhədinə axışmağa başlayıb. Noyabrın 8-də Belarus tərəfindən bir neçə min insanın Polşa sərhədinə yaxınlaşmasından sonra böhran kəskin şəkildə artıb.

Onlar sərhəd zonasını tərk etmək istəmir. Miqrantların bir hissəsi noyabrın 10-da tikanlı məftilləri sındıraraq Polşa ərazisinə daxil olmağa cəhd edib.

Avropa İttifaqı Minski münaqişəni gərginləşdirməkdə ittiham edib.  Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, ölkə mövcud şəraitə sakitcə müqavimət göstərir və zorakılıq etmir.

Aygün Carçıyeva/Hit.az

0