Alim Yer kürəsini məhv edə biləcək meteoritlərdən danışdı

DÜNYA
11:40 / 16.11.2021
983

Tunqus meteoriti kimi böyük göy cisimləri milyon il intervalında bir dəfə Yerə düşür və dağıntılara səbəb olur.

Qaynarinfo xəbər verir ki, RNT Kosmik Tədqiqatlar İnstitutunun direktoru Anatoli Petrukoviç Ura.ru portalına bildirib ki, Yeri məhv etməyə qadir olan meteoritlərin necə ola biləcəyindən danışıb. Bunlar bir kilometr ölçüyə malik göy cisimləri olmalıdır ki, o təsiri göstərə bilsin.

Onun sözlərinə görə, Tunqus meteoriti kimi böyük göy cisimləri milyon ildə bir dəfə Yerə düşür və dağıntılara səbəb olur.

"Asteroidlərin yer üzündə fəlakətli təsirləri milyon ildə bir dəfə baş verir. Biz orbitləri əvvəlcədən hesablaya və bu və ya digər böyük göy cisminin yerə nə qədər yaxın keçəcəyini müəyyən edə bilərik”, - Petrukoviç əlavə edib.

O, aydınlaşdırıb ki, hər il Yerə bir neçə kiçik meteorit düşür. Çox vaxt onlar yaşayış məntəqələrimizə düşmürlər, lakin planetimizin üçdə ikisini tutduğu üçün okeanda bir yerə düşürlər. Kiçik ölçülərinə görə, onlar Yerə çatandan cəmi bir neçə saat əvvəl aşkar edilə bilər.

1