Türkiyə XİN Azərbaycanı təbrik etdi

13:03 / 17.11.2021
848

Türkiyə Xarici İşlər Nazirliyi 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə Azərbaycanı təbrik edib.

Hit.az  xəbər verir ki, bununla bağlı nazirliyin "Twitter" hesabında paylaşım edilib:

"33 il əvvəl bu gün azərbaycanlı qardaşlarımız Azadlıq meydanında müstəqillik iradəsini otaya qoydular. Eyni ruh və inamla işğal altındakı torpaqlarını da azadlığa qovuşduran azərbaycanlı qardaşlarımızın Milli Dirçəliş Günü mübarək olsun", - paylaşımda bildirilib.

0