İngiltərəyə məxsus F-35 dənizə düşdü

22:50 / 17.11.2021
1063

İngiltərəyə məxsus F-35 döyüş təyyarəsi Aralıq dənizinə düşüb.

HİT.az xəbər verir ki, bu barədə İngiltərə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təyyarə “Queen Elizabeth” təyyarə gəmisindən havaya qalxdıqdan sonra ənənəvi əməliyyat əsnasında dənizə düşüb.

Pilot təhlükəsiz şəəkildə gəmiyə geri dönüb.

Hadisə ilə bağlı araşdırma başlayıb.

0