COVID-19 əleyhinə YENİ DƏRMAN: virus yükünü 100 min dəfə azaldır

09:01 / 18.11.2021
1953

"Rusiyalı alimlər koronavirusu, o cümlədən onun delta variantını zərərsizləşdirə bilən dərman hazırlayıblar".

Bu barədə Rusiya Elmlər Akademiyasının Engelhardt adına Molekulyar Biologiya İnstitutunun (IMB) direktoru Aleksandr Makarov məlumat verib.

O deyib ki, IMB mütəxəssislərinin digər tədqiqat qrupları ilə birlikdə hazırladığı dərman monoklonal anticisimlərə əsaslanır:

"COVID-19 əleyhinə antikorların təhlili üçün ilk test sistemlərindən biri bir il əvvəl icad edilib".

Makarov qeyd edib ki, yeni dərman SARS-CoV-2-ni, o cümlədən delta və qamma ştammlarını zərərsizləşdirəcək:

" Onun effektivliyi laboratoriya testlərində, o cümlədən heyvanlar üzərində sübut edilib. Tərkibindəki anticisimlərin dozası virus yükünü 100 min dəfə azaldır./Publika.az 

0