Tanınmış rusiyalı aparıcı 41 yaşında COVID-19-dan vəfat etdi

07:15 / 18.11.2021
643

Tanınmış rusiyalı aparıcı Kristina Asmalovskaya 41 yaşında koronavirus infeksiyasından dünyasını dəyişib.

Hit.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə TASS-a aparıcı Tatyana Çernyayeva məlumat verib.

Onun sözlərinə görə, həmkarı xəstəxananın reanimasiya şöbəsində vəfat edib. O, Asmalovskayanın peyvənd vurdurmadığını əlavə edib: "Çatdırmadı".

Qeyd edək ki, K. Asmalovskaya 1980-ci il mayın 21-də Moskvada anadan olub. O, 7 il ərzində uşaqlar üçün "ABVQDeyka" ("АБВГДейка") adlı proqrama aparıcılıq edib. Bundan başqa, "Mənim gözəl dayəm" və "Sevgi adyutantları" seriallarında çəkilib, "Tantsı so zvyozdamı" ("Танцы со звездами") telelayihəsində iştirak edib. İdman-bal rəqsləri üzrə beynəlxalq dərəcəli idman ustası olub.

0