Kosmosdan gəldiyi iddia edilən 555.55 karat qara almaz satılır - QİYMƏT

DÜNYA
20:20 / 22.01.2022
1376

Kosmosdan gəldiyi iddia edilən 555.55 karat qara almaz "Sotheby's” şirkəti tərəfindən hərraca çıxarılacaq.

HİT.az CNN-ə istinadla xəbər verir ki, "Sotheby's” şirkətinin "The Enigma" adlandırdığı nadir daş-qaşın ya meteorit, ya da Yerlə toqquşan asteroiddən yarandığı güman edilir.

Təxminən 6,8 milyon dollara satılacağı gözlənilən, dünyanın ən qiymətli daş-qaşlarından biri olan bu qara almaz "Sotheby's” şirkəti tərəfindən Dubay və Los-Ancelesdə sərgiləndikdən sonra fevralın 3-dən 9-na kimi onlayn auksionda satılacaq. Şirkət ödəniş olaraq kriptovalyutanı da qəbul edəcəyini bildirib.

0