THY İdarə Heyətinin sədri istefa verdi

DÜNYA
21:50 / 27.01.2022
1284

Türk Hava Yollarının (THY) İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri İlker Aycı tutduğu vəzifədən istefa verib.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, Aycının yerinə İnvestisiya və Texnologiya üzrə baş direktor köməkçisi Ahmet Bolat gəlib.

Qeyd edək ki, İlker Aycı Qazaxıstanda yanvarın əvvəlində yanacağın bahalaşmasından sonra başlayan etirazlar səbəbindən ailəsi ilə bu ölkədə qalıb. O, daha sonra həyat yoldaşı ilə yük təyyarəsi vasitəsilə Türkiyəyə qayıdıb. Aycının komanda yoldaşlarını geridə qoyması tənqidlərə səbəb olub. 

İlker Aycı 2015-ci ildən THY İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri idi.

0