DÜNYA
22:44 / 27.01.2022
315

Ərdoğanın keçirdiyi iclasda Ermənistan müzakirə OLUNDU

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.

HİT.az xəbər verir ki, iclasda bir sıra vacib məsələlər, o cümlədən Türkiyənin Ermənistanla əlaqələrinin bərpası müzakirə olunub.

Qeyd edilib ki, Türkiyə və Ermənistanın konstruktiv səyləri ilə Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsi üçün mexanizmlərin yaradılması olduqca əhəmiyyətlidir.

1