"Müharibə dayandırılmalıdır" - Lavrov

DÜNYA
16:13 / 15.03.2022
689

"Rusiya Kiyev rejiminin Donbass əhalisinə qarşı 8 ildir apardığı müharibəni dayandırır".

HİT.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahyanla danışıqların yekunu ilə bağlı birgə mətbuat konfransında bildirib.

"İran xarici işlər naziri cənab Kulebanın arzularını çatdırdı ki, müharibəni mümkün qədər tez dayandırmaq lazımdır. Sizi əmin edə bilərəm ki, biz məhz belə edirik. Biz Kiyev rejiminin Donbass əhalisinə qarşı ən azı səkkiz il apardığı müharibəni dayandırırıq. Bu müharibə dayandırılmalıdır, xüsusən indi...”, -deyə Rusiya xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.

Qeyd edək ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ondan Ukrayna ətrafında siyasi nizamlamanın zəruriliyi ilə bağlı Lavrova mesaj çatdırmağı xahiş edib.

0