Texnologiya nəhəngi SAP Rusiyanı rəqəmsal blokadaya salacaq - Nazir

22:10 / 25.03.2022
1143

Texnologiya nəhəngi SAP tədricən Rusiya Federasiyasının banklarında, müdafiə, neft və polad şirkətlərində öz məhsullarına dəstəyi dayandırmağa başlayacaq.

HİT.az xəbər verir ki, bu barədə Telegram-da Ukraynanın Rəqəmsal Transformasiya naziri Mixail Fyodorov SAP-ın baş direktoru Kristian Klayn ilə görüşdən sonra bildirib.

 "Mən indicə SAP-ın baş direktoru ilə səmərəli görüşü başa vurdum. Kristian Klein məni Ukraynaya tam dəstək verəcəyinə inandırdı və SAP qaçqınlarımıza humanitar yardımı və dəstəyi artıracaq. Ən əsası isə, SAP Rusiyanın rəqəmsal blokadasını inkişaf etdirəcək və işğalçı ölkənin banklarında, müdafiə, neft və metallurgiya şirkətlərində öz məhsullarını dəstəkləmək tədricən dayanmağa başlayacaq”, - o yazıb.

"Və bizim qələbəmizdən sonra SAP Ukraynada R&D mərkəzi açacaq", - nazir əlavə edib.
Xatırladaq ki, SAP Avropanın ən böyük korporativ proqram təminatı istehsalçısıdır və dünyanın ən böyük tərtibatçılarından biridir.

0