Moskva və Kiyev arasındakı danışıqlarla bağlı YENİ XƏBƏR

DÜNYA
13:00 / 06.05.2022
2269

"Rusiya-Ukrayna danışıqları durğunluq içindədir".

32gun.az xəbər verir ki, bu barədə cümə günü keçirdilən brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini  Aleksey Zaytsev məlumat verib.

Onun sözlərinə görə, ukraynalı siyasətçilərin Moskva ilə danışıqlara getmək istəməmələri barədə bəyanatları yalnız Ukraynanın demilitarizasiyası və deazifikasiyası vəzifələrinin həyata keçirilməsinin vacibliyini təsdiqləyir.

Zaytsev vurğulayıb ki, NATO ölkələri hərbi əməliyyatların tezliklə dayandırılmasının tərəfdarı olaraq, bunun qarşısını almaq üçün hər şeyi edirlər:

 "Ukraynaya silah tədarükü artır, onun miqyası milyardlarla dollar qiymətləndirilir. Təkcə Vaşinqton 3,8 milyard dollarlıq hərbi məhsul göndərib. Böyük Britaniya, Fransa, Kanada, Polşa və Baltikyanı ölkələr bu əməliyyatda fəal iştirak edirlər. Silah təchizatı mülki infrastrukturun daha çox məhv edilməsi və mülki itkilər deməkdir".

Departamentin direktor müavini onu da qeyd edib ki, Rusiya dünyada ərzaq böhranının səbəblərini müzakirə etməkdən çəkinməyəcək. 

"Moskva qida sektorunda müqavilələr üzrə öhdəliklərini vicdanla yerinə yetirəcək" - deyə, o bildirib.

 

0