Sakit okeanda 41 gün sürüklənən balıqçı 2 min kilometr uzaqlıqda xilas edildi

DÜNYA
18:00 / 28.10.2026
62

Papua-Yeni Qvineyadan olan 18 yaşlı Luka Raxan Sakit okeanında 41 gün sürükləndikdən sonra balıqçılar tərəfindən xilas edilib. Onun olduğu qayıq doğma sahillərindən təxminən 2 min kilometr uzaqda aşkarlanıb.

HİT.az xəbər verir ki, bu barədə Avstraliyanın ABC telekanalı məlumat yayıb.

Məlumata görə, Luka sentyabr ayında əmisi oğlu ilə birlikdə Buqenvil adasının şimalından balıq tutmaq üçün dənizə çıxıb. Lakin qayığın mühərrikində yaranan nasazlıq onların geri qayıtmasına mane olub. Qayıqda lövbərin olmaması səbəbindən güclü cərəyan onları açıq okeana doğru aparıb.

Oktyabrın 27-də Kiribatidən olan balıqçılar gənci Tarava və Mayana adaları arasında aşkarlayıblar. Uzun müddət dənizdə qalan Luka ciddi susuzlaşmadan əziyyət çəkib və xəstəxanaya çatdırılıb. Onun əmisi oğlu isə sağ qala bilməyib.

Hadisə Sakit okeanında uzun müddət köməksiz qalan gəncin xilas edilməsi ilə nəticələnsə də, faciə ilə başa çatıb.

Samir

0