Serbiya Rusiyadan qaz almağa davam edəcək, qiymətlər dəyişə bilər

DÜNYA
17:34 / 28.10.2026
64

Serbiya parlament seçkilərindən sonra da Rusiyadan təbii qaz almağa davam edəcək, lakin tədarükün qiyməti dəyişə bilər.

HİT.az xəbər verir ki, bunu “Srbijagas” dövlət şirkətinin baş direktoru Duşan Bajatoviç “RIA Novosti”yə açıqlamasında bildirib.

Bajatoviç Rusiyanın Serbiyanı qazsız qoymayacağına əmin olduğunu vurğulayıb. Onun sözlərinə görə, əsas məsələ tədarükün həcmi deyil. Bununla belə, Serbiya rəhbərliyinin Rusiyaya münasibətində dəyişiklik olacağı təqdirdə qazın qiymətinə yenidən baxılması istisna edilmir.

Mövcud razılaşmaya əsasən, “Qazprom” ilin sonunadək Serbiyaya 2,6 milyard kubmetrə qədər qaz tədarük etməlidir. Bu həcm ölkənin təbii qaza olan tələbatının təxminən 90 faizini qarşılayır.

Qeyd edək ki, oktyabrın 25-də Serbiyada parlament seçkiləri keçirilib. Seçkilərin nəticələrinin Rusiya ilə Serbiya arasındakı münasibətlərə necə təsir edəcəyi diqqət mərkəzindədir. Moskva hakimiyyət dəyişikliyinin iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığa mane olmayacağına ümid edir.

Samir
 

0