Şoyqu və Medvedev Ukrayna Baş Prokurorluğuna ÇAĞIRILDI

DÜNYA
13:07 / 06.05.2022
2030

Rusiya Müdafiə naziri Sergey Şoyqu və Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynanın ərazi bütövlüyü və toxunulmazlığına qəsd etməkdə şübhəli bilinir. 

Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb. 

Bildirilib ki, S.Şoyqu və D.Medvedev 16, 17 və 18 may tarixlərində cinayət əməlində şübhəli şəxs qismində dindirilmək üçün Ukrayna Baş Prokurorluğuna çağırılıb.  

Ukrayna Baş Prokurorluğunun saytında Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinə, Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matvienkoya, Xarici Kəşfiyyat Xidmətinin rəhbərinə şübhələr və dindirmə üçün çağırışlar barədə məlumatlar dərc edilib.

Rusiya Federasiyasından Sergey Narışkin, Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Rusiya Milli Qvardiyasının direktoru Viktor Zolotova da bildiriş göndərilib.

0