Zəlzələdə 10 qohumunu itirən Karsu dağılan evi paylaşdı: Düşməyən tək foto diqqət çəkdi

DÜNYA
00:21 / 06.03.2023
4106

Zəlzələdə 10 qohumunu itirən türkiyəli müğənni Karsu xalasının dağılan evlərini paylaşıb.

AZXEBER.COM xəbər verir ki, sosial şəbəkə hesabında yeni paylaşım edən gənc müğənni növbəti dəfə ürəkləri dağlayıb. 

Xalasının dağılmış evindən kadr yayımlayan Karsunun paylaşımında zəlzələ zamanı Mustafa Kamal Atatürkün fotoşəkilinin divardan asılı qaldığı görünüb.

Qeyd edək ki, fevralın 6-da Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər 10 vilayətdə böyük dağıntılara səbəb olub. Xaricdə yaşayan müğənni Karsu zəlzələdə 10 yaxınını itirib.

0