Danimarka bu ölkələrin köməyi ilə Ukrayna və Rusiyanı barışdırmaq istəyir

22:34 / 22.05.2023
282

Danimarka Ukrayna və Rusiya arasında sülhün bərqərar olmasıına həsr olunmuş sammit təşkil etmək istəyir. Sammitə Hindistan, Çin və Braziliyanın dəvət olunması planlaşdırılır. 

HİT.az "Reuters"ə istinadən xəbər verir ki, bu təşəbbüslə Danimarkanın xarici işlər naziri Lars Lokk Rasmussen çıxış edib.

Onun sözlərinə görə, belə bir sammit iyulda keçirilə bilər, lakin əvvəlcə “belə bir görüşün təşkili edilməsi naminə qlobal öhdəlik yaratmaq üçün müəyyən səylər göstərmək lazımdır”. 

Rasmussen görüşün keçirilməsi üçün Ukraynanın müttəfiqi olmayan ölkələrin sammitdə iştirakını vacib şərt adlandırıb: "Hindistan, Braziliya və Çin kimi ölkələrin marağını oyatmaq və iştirakını təmin etmək lazımdır. Əgər Ukrayna hesab etsə ki, belə bir görüşün keçirilməsi vaxtıdır, bu, əla olar. Sonra Danimarka açıq şəkildə görüş keçirmək istəyər", deyə diplomat bildirib.

Bununla yanaşı, Rasmussen Rusiyanın belə bir sammitdə iştiraka razılıq verəcəyinə şübhə etdiyini bildirib.

Samir

0