İqlim fəlakətləri: 50 ildə 2 milyondan çox insan ölüb

DÜNYA
21:00 / 22.05.2023
330

1970-2021-ci illər arasında ekstremal hava, iqlim və su ilə bağlı fəlakətlər səbəbindən insan və iqtisadi itkilərin insanların sayı açıqlanıb.

HİT.az xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatı (WMO) erkən xəbərdarlıq xidmətlərinin 2027-ci ilin sonuna qədər bütün dünyada hər kəsə çatmasını təmin etmək üçün mayın 22-də başlayacaq rüblük Dünya Meteorologiya Konqresi üçün yeni hesabatını açıqlayıb.

Hesabata görə, 1970-2021-ci illər arasında 11778 təbii fəlakət baş verib. Ekstremal hava, iqlim və su ilə bağlı fəlakətlər nəticəsində 2 milyondan çox insan həyatını itirib və bu fəlakətlər 4,3 trilyon dollar iqtisadi itkiyə səbəb olub.

Təbii fəlakətlər səbəbindən iqtisadi itkilər artsa da, qabaqcıl erkən xəbərdarlıq sistemləri və koordinasiyalı fəlakət idarəetməsi son 50 ildə insan itkisini azaldıb.

Dünyada ölüm hallarının 90 faizi inkişaf etməkdə olan ölkələrdə baş verib. Təkcə Birləşmiş Ştatlar son 51 ildə 1,7 trilyon dollar itki verib ki, bu da dünya üzrə iqtisadi itkilərin 39 faizini təşkil edir. Az inkişaf etmiş ölkələr və inkişaf etməkdə olan kiçik ada ölkələri ekstremal təbii hadisələr səbəbindən böyük xərclərə məruz qaldılar.

2020 və 2021-ci illərdə ekstremal təbii hadisələr nəticəsində ümumilikdə 22 608 ölüm qeydə alınıb.

Qeyd olunub ki, iqtisadi itkiləri artıran təbiət hadisələrinin bir çoxu “fırtına” kateqoriyasına aiddir.

"Ən müdafiəsiz icmalar təəssüf ki, hava, iqlim və su ilə bağlı təhlükələrin ən ağır yükünü daşıyırlar", deyə WMO baş katibi Petteri Taalas bildirib.

Bu yaxınlarda baş verən və Myanma və Banqladeşi təsir altına alan Moça qasırğasının buna nümunə olduğunu bildirən Taalas, qasırğanın bu iki ölkədə böyük dağıntılara səbəb olduğunu və ən çox yoxsulları təsir etdiyini bildirib.

Taalas keçmişdə həm Myanma, həm də Banqladeşdə baş verən ekstremal təbii hadisələr nəticəsində yüz minlərlə insanın həyatını itirdiyini xatırladıb: "Xoşbəxtlikdən, erkən xəbərdarlıqlar və fəlakətlərin idarə edilməsi sayəsində bu fəlakətli ölüm nisbətləri keçmişdə qaldı. Erkən xəbərdarlıq həyatları xilas edir".

Aydın

0