Tiflislə Moskva arasında diplomatik əlaqələr qurulur? - Gürcü nazirdən açıqlama

DÜNYA
20:19 / 22.05.2023
312

Gürcüstanın maliyyə naziri Laşa Xutişvili bazar ertəsi bildirib ki, Moskva ilə diplomatik münasibətlərin bərpası hazırda Tiflisin düşündüyü məsələ deyil.

HİT.az xəbər verir ki, onun sözlərinə görə, Tiflisin öz ərazisi kimi baxdığı Abxaziya və Cənubi Osetiya məsələsi həll olunmadığı müddətcə bu məsələ gündəmə gətirilə bilməz: "Beləliklə, bu məsələnin mövcud vəziyyətə görə əhəmiyyəti yoxdur".

Nazir qeyd edib ki, Gürcüstanla Rusiya arasında, o cümlədən Abxaziya vasitəsilə əlavə nəqliyyat dəhlizlərinin yaradılması da gündəmdə deyil.

Qeyd edək ki, mayın 10-da Rusiya prezidenti Vladimir Putin mayın 15-dən etibarən Gürcüstan vətəndaşları üçün vizaların ləğvi haqqında fərman imzalayıb. Prezidentin digər fərmanı ilə 2019-cu ildə Gürcüstana və Gürcüstandan uçuşlara, Gürcüstana turların satışına qoyulan qadağa ləğv edilib. Rusiyanın “Azimut” aviadaşıyıcısı və Gürcüstanın “Gürcüstan Hava Yolları” artıq iki ölkənin paytaxtları arasında uçuşlar həyata keçirməyə başlayıb.

2008-ci ildə Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımasından sonra Tiflis Moskva ilə diplomatik münasibətləri kəsib.

Samir

0