İranda yeni qanun: İkili vətəndaşlığı olanlar deputat seçilə bilməyəcək

DÜNYA
09:13 / 23.05.2023
271

İranda qanun dəyişikliyi ilə ikili vətəndaşlığı olan siyasətçilərin deputatlığa namizəd olmasına qadağa qoyulub.

HİT.az xəbər verir ki, başqa ölkədə daimi iqamətgahı olan iranlılar da parlamentdə fəaliyyət göstərə bilməyəcəklər.

Rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, İran parlamenti müvafiq qaydaları ehtiva edən qanunu qəbul edib. 

Dövlət mediası xəbər verir ki, qanun dəyişikliyi “maraqların toqquşmasının qarşısını almaq üçün” qəbul olunub. Lakin bildirilir ki, qanun dəyişikliyinə beynəlxalq ictimaiyyətin İranın keçmiş yüksək rütbəli siyasətçisi, eyni zamanda İngiltərə vətəndaşlığı da olan Əlirıza Əkbərinin bu yaxınlarda edam edilməsinə reaksiyası da səbəb ola bilər. O, casusluqda ittiham olunurdu.

Əkbərinin məhkəməsi zamanı iranlı siyasətçilər arasında İngiltərə vətəndaşlığı da olan iranlıların ölkələrinə sədaqət göstərib-göstərməyəcəyi məsələsi də müzakirələrə səbəb olub.

Qeyd edək ki, bu gün milyonlarla iranlı xaricdə yaşayır. 1979-cu il inqilabından sonra əhalinin əhəmiyyətli bir hissəsi Avropaya, ABŞ-a və ya Kanadaya mühacirət edib.

Samir

0