Türkiyədə nə qədər suriyalı var? - RƏSMİ AÇIQLAMA

10:15 / 23.05.2023
488

Türkiyənin daxili işlər naziri ölkədəki suriyalı qaçqınların sayını açıqlayıb.

HİT.az xəbər verir ki, "CNN Türk" telekanalında qonaq olan nazir gündəmə dair açıqlama verib.

Süleyman Soylu Türkiyədə 10 milyon suriyalı qaçqın olduğu iddiasını təkzib edib:

"Kamal Kılıçdaroğlunun "ölkədə 10 milyon suriyalı var, 10 milyonu da gələcək" açıqlaması səhvdir. Rəqəmləri deyəndə diqqəti olmaq lazımdır. 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayanda orada 21,5 milyon yaşayırdı. Suriyanın indiki nüfuzu isə təxminən 16,5 milyondur. Amma Türkiyədə hazırda müvəqqəti qoruma altında olan 3 milyon 381 min 429 suriyalı var. Yaşayış icazəsi ilə ölkədə olan əcnəbilərin sayı da 1 milyon 308 min 514 nəfər var. Həmçinin, beynəlxalq mühafizə altında olan xarici vətəndaşların sayı da 300 min 720 nəfərdir".

Pərviz

0