"ABŞ-ın defoltu ordu fəlakətli nəticələrə səbəb olacaq".
HİT.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Hərbi Dəniz Qüvvələrinin qərargahının rəhbəri admiral Maykl Gildey deyib.
Gilday qeyd edib ki, ABŞ ordusu hələ indiki kimi gözlənilməz və qeyri-sabit vəziyyətlə üzləşməyib: "Nəticədə hər hansı proqnoz vermək çətindir. Bununla belə, defoltun ABŞ hərbçilərinə və onların ailələrinə mənfi təsir edəcəyi aydındır".
Bundan əlavə, admiral hesab edir ki, defolt ABŞ-ın tərəfdaşları qarşısında etibarını zəiflədə bilər: "Buna görə də inanıram ki, bu, potensial olaraq bizim üçün fəlakətə çevrilə bilər və bu barədə danışmaq mənim üçün asan deyil".
Samir